Home » Beynəlxalq, Siyasət, Ümumi » Britaniyada hakimiyyətə hansı partiya gələcək?


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Britaniyada hakimiyyətə hansı partiya gələcək?

Britaniyada Devid Kəmeron, Nik Kleq və Qordon Braun -üç əsas siyasi partiyanın liderləri seçki kampaniyasını davam etdirirlər.
 AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, Ümumilikdə onlara münasibət müsbətdir. Düzdür bəziləri bunu daha çox prezidentliyə malik dövlət üçün uyğun format sayırlar, nəinki Britaniyanın parlamentar və partiyalara əsaslanan sisteminə. Lakin liderlərə geniş spektri əhatə edən suallar verildi. Baxmayaraq ki, bir çoxları onlara daha çətin sualların verilməsini istərdilər. İndiki debatlar bitdi, seçkilərin fokusu yenidən əsas suala qayıdır – 13 ildən sonra Leyborist partiyasının hakimiyyəti tərk etməsinin vaxtı çatıbmı? Rəy sorğuları bu suala cavabın müsbət olduğunu göstərir. Lakin başqa sual ortaya çıxır. Seçicilər Mühafizəkarların hakimiyyətə gəlməsini istəyirlərmi? Yoxsa teledebatlardan ən çox qazanan Liberal Demokratlara üstünlük verməklə, ingilislərin təbirincə, havadan asılı,yəni heç bir partiyanın qəti üstünlüyə malik olmadığı bir parlamentə səs verəcəklər? Buna görə son bir neçə gün içində Mühafizəkar partiyanın lideri Devid Kəmeron parlamentdə qəti üstünlük əldə etmək üçün gərgin kampaniya aparmalı olacaq. Baş nazir Qordon Braun və onun leyboristləri üçün bu çətin günlər olacaq. Artıq partiyanın yüksək eşelonlarında da anlayırlar ki, hətta partiyanı həmişə dəstəkləyənlər də onu tərk etməyə başlayıblar.
Amma bu seçkilərdə qalib gələn partiyaya paxıllıq etmək də çətindir. Çünki hazırda istənilən hökumət elə qeyri-populyar iqtisadi addımlar atmalı olacaq ki, bu onu seçicilərin gözündə xeyli aşağı salacaq.
Bəzi iqtisadçılar və bankirlərin dediyi kimi, qalib gələn partiya hələ buna peşman ola və hələ uzun müddət yenidən hakimiyyətə seçilməyə bilər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*