Home » Beynəlxalq, Ümumi » Britaniya ictimaiyyəti qanunvericilik prosesinə cəlb olunur

Britaniya ictimaiyyəti qanunvericilik prosesinə cəlb olunur

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Britaniya höküməti ictimaiyyəti yeni qanunların hazırlanması prosesinə cəlb etmək təklifini inkişaf etdirdmək niyyətində olduğunu qeyd edib.

Seçicilər öz təklif və ideyalarını hökümətin vebsaytında yerləşdirmək imkanına malik olacaqlar. Bu fikirlərdən ən çox diqqəti çəkənlər sonradan parlamentdə müzakirə olunacaq.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Britaniya höküməti ilk bu cür müzakirənin bu il baş tutacağına ümid edir. Baş nazir Devid Kameron deyib ki, ictimaiyyətə qanunvericilik prosesində iştirak etmək imkanının təqdim edilməsi siyasətdən məyyus olan insanları ictimai fəallığa cəlb etməyə kömək edəcək.
İngiliscə “popular petition” kimi səslənən xalqın müraciətləri ideyası əvvəlki Leyborist höküməti tərəfindən tətbiq edilmişdi. Downing Street-in vebsaytında ictimaiyyətin müraciətlərinin yerləşdirilməsi Britaniyada bu il seçkilər başlanandan bəri dayandırıldı. Bu üsulla əhali, misal üçün, yol vergisi kimi məsələlərə müxalif olduğunu hökümətə çatdırmışdı. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, keçmiş Leyborist höküməti dövründə səslənən ən populyar müraciət məşhur televiziya aparıcısı Ceremi Klarksonun (Jeremy Clarkson) baş nazir olmasına və Qordon Braunun istefaya getməsinə dair çağırışlar olub.
İndi isə koalisiya höküməti istəyir ki, bu cür müraciətlər hökümətin “Directgov” vebsaytında yerləşdirilsin və ən çox dəstəyə malik olan, say etibarı ilə təxminən 100 min imza toplayan təkliflər və müraciətlər parlamentdə müzakirəyə çıxarılsın.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*