Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » BP şirkəti Azərbaycana 31 milyard dollar yatırmaq istəyir

BP şirkəti Azərbaycana 31 milyard dollar yatırmaq istəyir

Böyük Britaniyanın “bp” şirkəti Azərbaycana təxminən 31 milyard dollar investisiya yatırmaq niyyətindədir. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, bunu Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, “bp” artıq 20 milyard funt sterlinq “Şahdəniz”ə yatırım edib və yenidən bu yatağa 20 milyard funt-sterlinq yatırmağı düşünür: “Bu nəinki Azərbaycan, ümumiyyətlə bütün region üçün iqtisadi inkişafa təkan verir. Neft ehtiyatları baxımından yeni kəmərlərin inşası bizim prioritetlərimizə aiddir. Britaniya hökumətinin mövqeyi budur ki, biz siyasi deyil, iqtisadi və ticari baxımdan önəmli olan layihələrə üstünlük veririk”.
AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, investisiyaların əsasən neft-qaz sahəsinə yatırıldığını bildirən nazir deyib ki, Böyük Britaniya Azərbaycanda maliyyə, tikinti sənayesi və digər sahələrə də sərmayə qoymaq niyyətindədir.
Ekspertlərin fikrincə, Böyük Britaniyanın enerji nazirinin Azərbaycana səfəri Azərbaycan qazının Şərqi Avropaya çıxarılması ilə bağlı qərarın artıq qəbul olunmaq ərəfəsində olduğundan xəbər verir.
AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, iqtisadçı-ekspert Zöhrab İsmayıl deyir ki, yaxın günlərdə “Şahdəniz” qazının Avropa bazarlarına nəqli ilə bağlı razılaşma həll olunacaq, qərar qəbul ediləcək: “Bundan əvvəl bir neçə variant nəzərdən keçirildi. Cənub, şimal və müxtəlif variantlar. Ancaq bu onu göstərir ki, məhz “bp”nin təklif etdiyi variant 1300 km-lik boru xətti, Türkiyə ilə Şərqi Avropaya çıxacaq boru xətti məhz son qərarla bağlı olacaq”.
Xatırladaq ki, Azərbaycana investisiyalar yatıran ölkələr sırasında Böyük Britaniya birinci yer tutur. Azərbaycana yatırılan xarici investisiyanın 50 faizdən çoxu məhz Böyük Britaniya şirkətlərinə məxsusdur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*