Home » Ümumi » BP-nin yeni üsulu…

BP-nin yeni üsulu…

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, neft nəhəngi BP Meksika Körfəzinin dibində partlamış quyudan axan nefti təmizləmək üçün yeni üsula əl atacaq.

Top kill adlanan bu üsulla neftin axdığı deşiyə palçıq və sement tıxanacaq. Bu əməliyyat belə dərinlikdə bundan əvvəl aparılmayıb. Əməliyyat hadisə yerindən canlı video ilə yayımlanacaq.Həm BP, həm də ABŞ hökuməti neftin dağılmasının qarşısını ala bilmədikləri üçün tənqidlə üzləşirlər. Okeanoqraf Simon Bixall BBC-nin World Update proqramına top kill əməliyyatının necə aparılacağı barədə danışıb.
“Top kill əməliyyatının ideyası bundan ibarətdir ki, onlar 15 metr yarım uzunluğunda borunu dənizin dibinə aparacaqlar və sonra qazma mayesi adlandırdıqları qatı məhlulu boruya dolduracaqlar. Bu qalın bir qatışıqdır və onu boruya doldurub qoruyucudan aşağıya buraxmaqla neft axının qarşısını almağa çalışacaqlar. Neftin axmasının qarşını ala bilsələr, onda quyuya bütövlükdə sement doldura biləcəklər.” O deyir ki, bu prosesin uğurlu olması şansları çox aşağıdır:”Bunun işləyə biləcəyini göstərən bir səbəb yoxdur. Böyük problem ondadır ki, neftin quyuda yaratdığı təzyiq artır, bu isə borunu dolduran palçığa yox, dərinlikdəki əməliyyatlara təsir edir.Bütün bunlar problem olaraq qalmaqdadır. Uğur şansları çox aşağıdır, Amma BP düşünür ki, bunu sınaqdan keçirməyə dəyər. ”
Bəs bu sınaq uğurlu olarsa, hansı nəticələr verə bilər. Yenə də okeonoqraf Simon Boksal:”Əgər neftin axını azalmağa başlasa, onda biz bu əməliyyatın uğurlu olduğunu deyə bilərik. Amma bu məhluldan min tonlarla quyuya vurduqları üçün, ilkin olaraq bu qarmaqarışıqlıq yaradacaq.BP çox cəsarətli addım ataraq orada nə etdiyini göstərmək üçün kameralar quraşdırıb. Əvvəlcə elə görünəcək ki, bu yaxşılığa yox, pisliyə doğru gedir. Amma uğurlu olarsa, neft azalacaq, onda BP deşiyə sement doldura bilər.” Prezident Barak Obama deyir ki, o neft axınını qarşısının alınması tədbirlərini gözdən keçirmək üçün cümə günü Meksika Körfəzinə gedəcək. “Mən hər kəsdən artıq narahatam, çünki sənin gözlərinin qarşısında bu baş verir, sonra düşünürsən ki bu problem necə həll olunacaq. Biz Meksika Körfəzinə mindən çox adam, texnika, hüquqi məsləhətçilər göndədirmişik. Onlar öz həyat tərzini itirmiş balıqçılara kömək edirlər. İndi isə biz mükəmməl bir tənqidi baxış keçirməliyik ki, görək bu neft şirkətləri necə deyə bilirlər ki, bu problemləri həll etməyin yolunu bilirlər, əslində isə məlum olur ki onlar bunu bilmilər. ” Amerikanın Luiziana ştatı neft axınından ən çox zərər görən ərazidir. Milyonlarla litr neft Luiziana sahillərinə axıb. Ekoloji fəlakət bir çox insanların həyatına təsir edib. Luiziana sahillərində yaşayan Bill Uotkins onlardan biridir “Burda yaşayanlar üçün bu dağıdıcı bir fəlakətdir. Yay aylarında bu sahillər kurortdur, balıqçılıq və sairə fəaliyyət hamısı suda baş verir. İndi isə bütün bunlar bağlanıb. Mən deyərdim ki, bu tropik siklondan daha pisdir.” BBC-nin elm məsələləri üzrə müxbiri Mət Makqras deyir ki, BP prosesin iki gün davam edəcəyini bildirib. Əgər bu uğursuz olarsa, onda BP daha bir deşiyin yanlığına daha bir boru qoyacaq.Sonda isə iki quyu qazılacaq və neft sızan quyuya bunlardan yol açılacaq. Ondan sonra sementlə sızan quyunun ağzı bağlanacaq. Amma bu tam baş verənədək avqust gəlib çıxacaq .
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*