Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » BP-nin səhmlərinin dəyəri kəskin şəkildə aşağı düşdü

BP-nin səhmlərinin dəyəri kəskin şəkildə aşağı düşdü

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Britaniyanın neft nəhəngi BP-nin səhmlərinin dəyəri kəskin şəkildə aşağı düşüb.

Bu, Meksika Körfəzində geniş neft axınının qarşısını almaq səylərinin hələ də baş tutmamasından sonra baş verir. Bu arada təmizləmə əməliyyatının dəyəri ilə bağlı da narahatlıq mövcuddur. Şirkət artıq bir milyard dollar xərcləndiyini deyib. Bir mərhələdə səhmlərin qiyməti 15% aşağı düşmüşdü. Hadisədən bu yana şirkət səhmlərinin dəyərinin üçdə birini itirib. Bu gün ABŞ başprokuroru Erik Holder neft axınını yoxlamaq üçün bölgəyə səfər edəcək. Hüquqşünaslar deyirlər ki, bu, Dipvoter Horayzon neft platformasında 11 işçinin ölümü ilə nəticələnən və neft axınına gətirən partlayışla bağlı cinayət araşdırma işinin başlanğıcı ola bilər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*