Home » Beynəlxalq, Ümumi » BMT Qırğızıstandakı işgəncələrdən narahatlığını ifadə edən bəyanat yaydı
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

BMT Qırğızıstandakı işgəncələrdən narahatlığını ifadə edən bəyanat yaydı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, BMT-nin İnsan Haqları üzrə Komissarı Qırğızıstanda təhlükəsizlik qüvvələrinin regiondakı iğtişaşlar zamanı işgəncələrdən istifadə etməsi barədə bəyanatla şıxış edib.

BMT-nin Cenevredəki baş ofisinin açıqladığı bəyanatda Navi Pillay deyib ki, onun Qırğızıstandakı işçiləri həbsə alınanlardan məcburi tutulmalar, işgəncələr vasitəsilə zorakı ifadələrin alınmasına dəlalət edən sübutlara malikdirlər. BBC müxbiri İmogen Foulkesun Cenevredən verdiyi xəbərə görə, BMT-nin İnsan Haqları üzrə Komissarlığı belə hesab edir ki, Qırğızıstanın cənubi Oş və Cəlilabad şəhərlərində ötən ilin iyun ayındakı zorakılıqlardan bəri 1000-dən çox adam həbs edilib. Bəyanatda həbsə alınma metodları və həbslərin durumu ilə bağlı dərin narahatlıqlar ifadə edilir. BMT-nin İnsan Haqqları üzrə Komissarı Navi Pillay deyib ki, tutulanların əksəriyyəti gənc kişilərdir. Və o bildirib ki, onun regiondakı işçilərinin əlində, həbsə alınanlarla pis rəftar edilməsi, onların hətta zorakılıqlara məruz qalması barədə tuturlı dəlillər var. Xanım Pillay həmçinin yerli rəsmilərin bu zorakılıq hallarına göz yumduqlarını deyib. Və onun sözlərinə görə, həbs edilənlərin ailə və vəkilllərinə , o cümlədən insan haqları müdafiəçilərinə həyəcan təbili çalınmalı dərəcədə hədələr edilir və onlar qorxudulur. Xanım Pillay onu da qeyd edib ki, tutulanlardan məcburi şəkildə əslində törətmədikləri cinayətlər barədə zorakı ifadələrın alınması və ya onların azad edilməsi müqabilində onlardan böyük məbləğdə pulların istənilməsi barədə məlumatlar mövcuddur. O, bu bəyanatı ilə regionda insan haqlarının davamlı müstəqil monitorinqinə və iyun zorakılıqlarının beynəlxalq istintaqına çağırıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*