Home » Beynəlxalq, Siyasət, Sosial, Ümumi » BMT-nin yoxsulluq ilə mübarizəyə dair sammiti keçirilir

BMT-nin yoxsulluq ilə mübarizəyə dair sammiti keçirilir

Nyu Yorkda BMT-nin yoxsulluq ilə mübarizəyə həsr olunmuş sammiti keçirilir. Məqsədlərdən biri aşırı yoxsulluq içində yaşayanların sayının 2015-ci ilə üçün yarıya dək azaldılmasıdır.

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, yoxsulluqla mübarizənin irəliləyişi üzrə göstəricilər fərqlənir. Lakin BMT hesab edir ki, qarşıya qoyulan məqsədlər 2015-ci ilədək yerinə yetiriləcək. Yoxsulluqla mübarizə üzrə hədəflər 1990-cı ildə qəbul edilib. O ərəfədə dünya əhalisinin 46 faizi gündə 1 dollardan aşağı qazancla keçinib. 2005-ci ilədək belələrinin sayı 26 faizə endirilib. BMT bu sahədə inkişafa inanır. Məsələ bundadır ki, tərəqqi Çin və digər Asiya ölkələrinə bağlıdır. 2005-ci ildə Asiya ölkələri yoxsulluqla mübarizə üzrə hədəflərini üstələməylə yerinə yetiriblər. Bu bölgə ilə Hindistanda qarşıdan gələn illərdə irəliləyişin davam edəcəyi gözlənilir. Yaxşı nəticələr əldə edən Çinlə Hindistan hesabına dünya boyu orta rəqəmlər daha yaxşı görünür. Lakin bir neçə ölkə hələ də geridə qalır. Afrikada, Saxaradan cənubdakı ərazilərdə irəliləyişin ləngidiyini bildirir. Bəs görəsən Asiya ölkələrinin uğuru nə ilə izah olunur? İlk növbədə buna zəmini güclü iqtisadi canlanma yaradıb. Milyonlarla adamın rifahı yüksəlib. Yürüdülən iqtisadi siyasət bazar qüvvələrinə güclü təkan versə də, hökumət bu ölkələrdə aparıcı oyunçulardan biri qalıb. Göstərilən təmayüllər geridə qalan ölkələr üçün ibrət dərsi ola bilər. Beləki, iqtisadi artım olmadan yoxsulluğun yenilməsini gözləmək düzgün olmazdı.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*