Home » Beynəlxalq, Siyasət, Ümumi » BMT Liviya liderinə çağırış etdi

BMT Liviya liderinə çağırış etdi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,BMT Təhlükəsizlik Şurasının fövqəladə yığıncağına toplaşmış beynəlxalq diplomatlar Liviya lideri Müəmmər Qəzzafi rejimini ölkəboyu hökumət əleyhinə keçirilən aksiyalara qarşı zorakılığa dərhal son qoymağa çağırıblar.

Şura yaydığı mətbuat bəyanatında Liviyadakı vəziyyətdən dərin narahatlığını izhar edib. Təşkilat Qəzzafi hökumətini insanları müdafiə etmək məsuliyyətinə əməl etməyə, eləcə də insan haqları, beynəlxalq humanitar dəyərlərə hörmək göstərməyə çağırır. Təhlükəsizlik Şurası Liviyadakı iğtişaşların alternativini insanların qanuni tələblərinə qulaq verilməsi və milli dialoqda görür. Öz növbəsində beynəlxalq birlik bu ölkəyə humanitar yardım göstərməyə çağırılır.
New Yorkdakı qapalı müzakirələrdən öncə ABŞ hökuməti Qəzzafidəki hadisələrdən dərin narahatlığını izhar edərək, bu hadisəlırin beynəlxalq tənqidinə çağırıb.
“İştişaşlar qəbulolunmazdır”, deyib dövlət katibi Hillary Clinton.
Bununla yanaşı, Vaşingtonda diplomatlar Ağ Evin məsələ ilə bağlı bəyanatlarında ehtiyatlı mövqe sərgiləməsinə diqqəti çəkirlər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*