Home » Beynəlxalq, Siyasət, Ümumi » BMT donor ölkələri Pakistana yardım göstərməyə çağırdı

BMT donor ölkələri Pakistana yardım göstərməyə çağırdı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,BMT Pakistana görünməmiş daşqın və sel ilə bağlı yardım göstərilməsinə çağırıb.Bu dəfəki daşqın son 80 ilin ölkə tarixindəki ən ağır bu qəbildən olan təbii fəlakətidir.BMT Baş Katibi Ban Ki-moon donorlara müraciət edərək, “Pakistanın bu çətin vaxtında ölkəyə təcili yardım göstərməyə çağırıb”.BMT rəsmilərinəı görə, təbii fəlakətin zərbəsinə təxminən 14 mln insan məruz qalıb. Öz miqyasına görə, Pakistandakı daşqın 2004-cü ilin Hind Okeanındakı tsunami fəsadlarını arxada qoyub.Son məlumatlara əsasən, Pakistandakı daşqın nəticəsində azı 1600 adam həlak olub.BMT rəsmiləri və Pakistan höküməti böyük həcmdə beynəlxalq yardımın göstərilməsi üçün çağırışlar ediblər.Musson yağışların gücünün azalmasını ehtimal edən işarələr çox zəifdir.Daşqının mərkəzi getdikcə ölkənin şimal-qərbindən cənuba döğru hərəkət edir.Pakistanın Yuxarı Sindh bölgəsi artıq su altındadır, 2 mln-a qədər insan bölgəni tərk edib. Hindu çayının daşacağı təhlükəsi yaranıb. Maurizio Giuliano, BMT-nin Humanitar şöbəsinin əlaqələndiricisi BBC-yə deyib ki, təbii fəlakətin təsirinə Pakistanda 14 mln- a qədər insan məruz qalıb. Onun təbirincə, bu dəfəki fəlakətin törətdiyi zərərin miqyası, 2004-cü il tsunamisi, 2005-ci il Pakistan zəlzələsi və bu ilin Yanvar ayındakı zəlzələsinin cəmi zərərindən daha genişdir. BMT təxminlərinə görə, Pakistan daşqını nəticəsindəazı 1600 adam həlak olub. Pakistan höküməti azı 1243 adamın həlak olduğunu təsdiqləyib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*