Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial » Daxili İşlər Nazirliyi sahibkarlar üçün “Qaynar Xətt”i istifadəyə verdi

Daxili İşlər Nazirliyi sahibkarlar üçün “Qaynar Xətt”i istifadəyə verdi

AgahMedia.Com informasiya portalının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, adıçəkilən nazirlik tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Dövlət Başçısının 2015-ci il 26 oktyabr tarixli Fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal Nazirliyin 1002 nömrəli “Qaynar xətt”inə məlumat verilməsi xahiş olunur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*