Home » Beynəlxalq, Siyasət, Ümumi » Birləşmiş Ərəb Əmirliklərində “Respublika Günü”bayramı münasibətilə tədbir keçirildi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Birləşmiş Ərəb Əmirliklərində “Respublika Günü”bayramı münasibətilə tədbir keçirildi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin təşkilatlığı ilə JW Marriott otelinin ” Zabil” salonunda 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.

 AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinə aldığı məlumatına görə, toplantıda Dubayda yaşayan azərbaycanılar, türk icmasının nümayəndələri, Iraq türkmənləri, Avropa dövlətlərindən və müxtəlif ərəb ölkələrindən olan diaspor təmsilçiləri, eləcə də yerli strukturlardan dəvət olunmuş qonaqlar iştirak ediblər. Bayram tədbirində Respublika Gününün tarixi haqqında məlumat verən cəmiyyətin sədri Samir İmanov qeyd edib ki, ilk parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti həm də Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət idi. O deyib ki, Azərbaycan Respublikası ötən əsrdə ikinci dəfə müstəqilliyini elan etdikdən sonra Azərbaycanın dövlətçiliyinin, suverenliyinin qorunub saxlanmasında, möhkəmlənməsində milli lider Heydər Əliyevin böyük tarixi xidmətləri olub. Azərbaycanın bu gün istər regionda, istərsə də dünyada əldə etdiyi lider mövqe barədə qonaqlara bilgi verən S.İmanov bildirib ki, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb, həm daxili, həm də xarici siyasətdə tərəqqi var, lakin respublikamızın daha da sürətlə inkişaf etməsinə mənfi təsir göstərən yeganə amil torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olmasıdır. BMT Təhlükəsizlik Şurasının 4 və İslam Konfransı Təşkilatının bir neçə qətnaməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri işğal etdiyi torpaqlardan çəkilmir və təəssüf ki, problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu da münaqişənin çözülməsində qətiyyət göstərmir.
Tədbirə qatılan türk ismasının üzvləri də öz çıxışlarında Dağlıq Qarabağ probleminin həllinin vacibliyini, bunun bölgədə sülh və əminamanlığın təminatında mühüm şərt olduğunu vurğulayıblar.
Sonra çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin rəsmisi və Oman vətəndaşı da Azərbaycanın onların təmsil etdiyi ölkələrlə və xalqlarla sıx, mehriban dostluq əlaqələrinin olduğunu deyiblər və Qarabağ müharibəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ümid etdiklərini bildiriblər.
Toplantıdakı çıxışlarda Dağlıq Qarabağda erməlnilərin keçirdiyi “qondarma seçkilər” də pislənib. Son günlərdə Dubayda çıxan “Gulf News”, “Khaleej Times” (ingilis dilində) və “Al-Bayan” (ərəb dilində) qəzetlərində dərc olunmuş və qondarma, qanunsuz seçkilərin əleyhinə çıxan, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən yazılar barədə də qonaqlara məlumat verilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Biz Azərbaycanlıyıq” sənədli filmi nümayiş etdirilib. Bundan başqa tədbirin keçirildiyi zalda Azərbaycan ərazilərinin müxtəlif dövrlərdə bir neçə dəfə dəyişdirildiyini əks etdirən foto-lövhə də təqdim olunub. Qonaqlara DİDK-nin göndərdiyi ingilis dilində “Azərbaycan haqda 100 suala cavab” kitabı, eləcə də Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərəb, ingilis, fransız dillərində hazırlanmış müxtəlif kitablar, broşurlar və DVD-lər hədiyyə edilib.
Bildirilir ki, BƏƏ Parlamentinin sədrinin 1-ci müavini Ahmad Sabib Al-Zahiri, Dubay Şeyxinin Aparatının (Divan) hüquq məsələləri üzrə müşaviri Dr. Balhul Lvey və Dubay İnsan Hüquqları İnstitutunun rəhbəri Abdulla Mohammad “Azərbaycan” cəmiyyətinin sədrinə zəng vuraraq 28 May- Respublika Günü münasibətilə BƏƏ-də yaşayan soydaşlarımızı və bütün Azərbaycan xalqını təbrik ediblər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*