Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Bill Qeyts ən varlıların siyahısında yenidən birinci oldu

Bill Qeyts ən varlıların siyahısında yenidən birinci oldu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Bill_Gates

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, “Forbes” jurnalının illik reytinqinə əsasən Bill Qeytsin sərvəti 76 milyard dollardır. Amerikalı milyarder liderlikdən 4 il əvvəl məhrum olmuşdu. “Forbes” ötən ilin ən varlı adamının meksikalı media-maqnat Karlos Slim olduğunu açıqlamışdı.
Lakin cari ilin reytinqində meksikalı 72 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb.
İlk üçlüyü isə “Inditex” şirkətinin əsas sahibi ispaniyalı Amansio Orteqa tamamlayır. Onun var-dövləti 64 milyard dollara bərabərdir.
Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, milyarder Uorren Baffet (58,2 milyard dollar) və “Oracle”ın qurucusu və baş direktoru Larri Ellison (48 milyard dollar) tuturlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*