Home » Beynəlxalq, Siyasət, Ümumi » Beynəlxalq Diaspora Mərkəzindən Rəcəb Tayyib Ərdoğana dəstək

Beynəlxalq Diaspora Mərkəzindən Rəcəb Tayyib Ərdoğana dəstək

Beynəlxalq Diaspora Mərkəzi (BDM) Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidənin sökülməsi ilə bağlı qərarını dəstəkləyir.

AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, BDM-in bəyanatında bildirilib ki, ermənilər işğal etdikləri 20 faiz Azərbaycan torpağını işğaldan azad etməyincə, Ağrı dağını öz simvollarından çıxartmayınca, Türk qardaşlarımıza qarşı soyqırım iddiasından əl çəkməyincə heç bir dostluqdan və qardaşlıqdan söhbət gedə bilməz.
“Hörmətli baş nazir R. T. Ərdoğanın verdiyi qərarın qətiyyətli bir qərar olduğunu bildirərək, BDM-in çoxmilli üzvləri adından dəstəkləyir və dərin təşəkkürümüzü bildiririk”,- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qars əhalisi ilə görüşündə “Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidə söküləcək” deyib. Bölgəyə gələn baş nazir Rəcəb Tayyib Ərdoğan onun partiyasından olan bələdiyyə başqanının 2 il əvvəl ucaltdığı “İnsanlıq abidəsi”nin uçurulmasını istəyib. Bölgə xalqının etirazlarına, xatirə abidəsinin sökülməsi barədə məhkəmə qərarına baxmayaraq abidəni götürən yox idi. Türkiyə baş naziri bunun üçün çox az müddət vaxt qoyub.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*