Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə birgə “Məlumatların yayımlanmasının ümumi standartları” mövzusunda seminar keçirir


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Beynəlxalq Valyuta Fondu Azərbaycan hökuməti ilə birgə “Məlumatların yayımlanmasının ümumi standartları” mövzusunda seminar keçirir

Beynəlxalq Valyuta Fondu (BVF) statistik məlumatların yayılmasının xüsusi standartlarına (SDDS) cavab verməkdə maraqlı olan ölkələr üçün seminarlar təşkil edir.

Növbəti belə seminarlardan biri Azərbaycan hökuməti ilə müştərək olaraq həyata keçirilir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,sentyabrın 21-23 tarixlərində “Məlumatların yayımlanmasının ümumi standartları” (GDDS) mövzusunda keçirilən seminara Yaxın Şərq və Orta Asiyadan olan mütəxəssislər, eyni zamanda Mərkəzi Bankın Statistika departamentinin əməkdaşları dəvət olunublar. Seminarın keçirilməsində əsas məqsəd iştirakçılara Məlumatların Yayılmasının Xüsusi Standartları haqqında məlumat vermək, mövcud GDDS sistemindən SDDS standartlarına keçid üçün fəaliyyət proqramlarını hazırlamağı öyrətməkdir. Üç gün davam edəcək seminarda iştirakçılar BVF-nin nümayəndə heyəti ilə də müzakirələr aparmaq imkanı əldə edəcəklər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*