Home » Beynəlxalq, Siyasət, Ümumi » Beynəlxalq Məhkəmə Kosovo ilə bağlı qərarını açıqladı

Beynəlxalq Məhkəmə Kosovo ilə bağlı qərarını açıqladı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Kosovonun Serbiyadan müstəqillik elan etməsinin beynəlxalq qanunları pozmadığına dair qərar çıxarıb.
Bu, Kosovonun çoxluq təşkil edən etnik albanları ilə serb qüvvələri arasında doqquz il əvvəl baş verən müharibədən sonraya təsadüf edir. Bir çox qərb ölkəsi Kosovonun müstəqilliyini tanıyıb. Amma Serbiya ilə onun müttəfiqi Rusiya bunu etməkdən imtina ediblər. Həmin vaxtdan bu yana Kosovoda rahat şəraitdə olmasa da, iki milyon albanla 120 000 serb yanaşı yaşayır. Bu mübahisə Serbiyanın Avropa İttifaqının üzvü olması səylərini hələ ki, dondurub. Hökmü separatçı sınaqlar ilə üzləşən bir neçə ölkədə yaxından müşahidə edəcəklər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*