Home » Şou biznes və Mədəniyyət, Ümumi » “Best model of Azerbaijan-2010” yarışması Nahid Kabakçının xatirəsinə həsr olunacaq


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

“Best model of Azerbaijan-2010” yarışması Nahid Kabakçının xatirəsinə həsr olunacaq

Azərbaycanda “Best model of Azerbaijan-2010” yarışması keçiriləcək. AgahMedia.Com portalının “SƏS”İnformasiya Agentliyinə istinadən məlumatına görə, bu münasibətlə “Best model of the world” müsabiqənin prezidenti Erkan Özərman ötən gün Bakıya gəlib. Bu ilki müsabiqə Azərbaycanda vəfat edən mərhum biznesmen Nahid Kabakçının xatirəsinə ithaf olunacaq.Məhz Nahid Kabakçının təşəbbüsü ilə bu müsabiqə Azərbaycanda da təşkil olunmağa başlayıb. Erkan Özərmanın Bakıya səfərinin məqsədi “Best model of Azerbaijan-2010” müsabiqəsinin Azərbaycan üzrə prezidentlərini təyin etməkdir. E.Özərman artıq Azərbaycan üzrə prezidentlərin kimliyini müəyyənləşdirib və bunu ötən gün hava limanında açıqlayıb. “Best model of Azerbaijan-2010” yarışmasının prezidentlik missiyasını Validə Abbasova və stilist Anar Ağakişiyevə həvalə edib.Rəsmi olaraq bu məlumat isə Erkan Özərmanın iştirakı ilə bu gün keçiriləcək mətbuat konfransında açıqlanacaq. Konfransda bu günə kimi Azərbaycanın bu müsabiqə üzrə prezidentliyini həyata keçirən xalq artisti Aygün Kazımova, Validə Abbasova, Lyubov Qutorova və Ruhinin də iştirakı nəzərdə tutulur.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*