Home » Şou biznes və Mədəniyyət, Ümumi » Belqorodda ağır rok musiqisinə qadağa…


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Belqorodda ağır rok musiqisinə qadağa…

Rusiya mətbuatına görə, ölkənin mərkəzindəki Belqorod vilayətində ağır rok müsiqi konsertləri yasaq altına düşə bilər.

Bəzi yerli məmurlar bu müsiqinin əhalinin mənəvi sağlamlığına təhlükə yaratdığını hesab edirlər.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, hələlik mümkün konsertlər keçirilən klub və restoranlara müvafiq müraciət xahiş formasında göndərilib.Moskvadan təxminən 600 km aralıda yerləşən Belgorod vilayətindəki bəzi məmurlara görə, ağır rok müsiqisi əhalinin mənəvi sağlamlığı üçün təhlükəsiz deyil. Habelə iddia edilir ki, belə müsiqi əhalinin satanizmə yuvarlaqlaya bilər. Bu baxımdan şəhər meriyasından klublar, kafelər və restoranların ünvanına xüsusi məktub göndərilib. Burada xahiş edilir ki, heavy-metal üslubunda ağır rok müsiqisi səslənəcəq konsertlər üçün yer ayrılmasın. Şəhər hökumətində bölgə rəhbərliyinin “Belqorod vilayətində mənəvi təhlükəsizliyin təmin olunması” haqda proqramına istinad edirlər. Burada habelə satanist fəaliyyətin qarşısı alınması zərurəti qeyd olunur. Düzdür, bu proqramda ağır rok müsiqi haqda heçnə deyilmir. Sadəcə deyilir ki, qeyri-formallara daha diqqətlə yanaşıb onları başa düşmək lazımdır. Rusiya cəmiyyətində isə, bəzən, ağır rok müsiqisiylə məşqul olanlar qeyri-formallar kimi qəbul olunur. Yerli məmurlar öz növbəsində belə müsiqinin insanlara ideoloji baxımdan destruktiv təsir etdiyini və bu haqda elmi əsasərlərin olmasını bildirirlər. Bu arada bəzi tənqidçilərə görə, Belqoroddakı təşşəbüslər sovet vaxtının qadağalarına oxşayır. O zaman hansı müsiqin səslənməsi, hansı kitabların dərc olunması haqda xüsusi təlimatlar var idi.
İndi mətbuatın yazdığına görə, hələlik söhbət məcburedici təlimatdan getmir. Müraciət xahiş formasındadır və bir sıra klublarda bildirirlər ki, onlar xahişə əməl etmək fikrində deyillər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*