Home » Siyasət, Ümumi » BAXCP Türkiyənin bəzi işadamlarının Ermənistanla əlaqələrinə etiraz olaraq Türkiyə vətəndaşlarına çağırış etdi

BAXCP Türkiyənin bəzi işadamlarının Ermənistanla əlaqələrinə etiraz olaraq Türkiyə vətəndaşlarına çağırış etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən Türkiyə vətəndaşlarına müraciət ünvanlanıb. AgahMedia.Com portalının “Azadinform” informasiya agentliyinə istinadən məlumatına görə, müraciətdə iki ölkənin tarixi və milli kökləri, düşmənə qarşı birgə mübarizənin vacibliyi diqqətə çatdırılıb. Müraciətdə deyilir ki, hələ Azərbaycan Sovet İttifaqının tərkibində olduğu zaman azərbaycanlılar Türkiyə Cümhuriyyətinin varlığıyla təsəlli tapıb. “Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra da ölkəmizi tanıyan ilk dövlət məhz qardaş Türkiyə olub. Dövlət müstəqilliyimizin bərpasından keçən 20 il ərzində hər zaman Türk xalqı və dövlətinin dəstəyini hiss etmişik, ən çətin anlarımızda Sizləri öz yanımızda görmüşük. Bildiyiniz kimi Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımıza böyük məhrumiyyətlər bahasına başa gəlib. İlk respublikamızın qurulduğu dönəmdə tarixi torpaqlarımızı qəsb edərək, orada Ermənistan dövləti yaradan və bununla da eyni milləti coğrafi baxımdan bir-birindən ayrı salan böyük güclər öz əvvəlki siyasətlərindən əl çəkməyiblər. Müstəqilliyimizin bərpasından sonra tarix yenidən təkrarlanıb və türk millətinə qənim kəsilən, tarixən bizə düşmənçilik edən ermənilər yenə də ənənəvi himayəçilərinin dəstəyilə Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, bir milyondan artıq soydaşımızı öz doğma yurdlarından didərgin salıblar. Ermənistanla atəşkəs sazişinin imzalanmasından 17 il keçməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrinin heç biri yerinə yetirilməyib. Biz qardaş Türkiyənin və soydaşlarımızın ünvanına ittihamlar səsləndirməkdən çox uzağıq, ancaq hazırda Ermənistanda satılan sənaye və yeyinti məhsullarının məhz Türkiyə istehsalı olduğu da faktdır. Bu məhsullar Türkiyədən on minlərlə TIR-lar vasitəsilə Gürcüstan üzərindən birbaşa Ermənistana daşınır. Bununla yanaşı, on minlərlə Ermənistan vətəndaşı hava və quru nəqliyyatından istifadə etməklə, sərbəst şəkildə Türkiyə ərazisinə gəlir, burada qanunsuz əmək fəaliyyəti ilə məşğul olur və əldə etdikləri vəsaitləri öz ölkələrinə göndərirlər. Onların qanunsuz əmək fəaliyyəti ilə məşğul olmasına isə bizə bəlli olmayan səbəblərdən göz yumulur. Bildiyiniz kimi, Türkiyə Ermənistanla sərhədlərini məhz Qarabağın işğalına görə bağlayıb. Lakin Türkiyə ilə Ermənistan arasında mövcud olan bu əlaqələr sərhədlərin bağlı qalmasının doğurduğu nəticələrin təsirini gündən-günə azaltmaqdadır. Biz Türkiyə ilə Ermənistan arasındakı ticari-iqtisadi əlaqələrin Azərbaycanla Türkiyə arasındakı həllini tapmamış hansısa problemlərlə əlaqələndirilməsi barədə səslənən fikirləri də qüsurlu və yersiz sayırıq. Çünki heç bir həllini tapmamış məsələ təcavüzkarla əməkdaşlığa haqq qazandıra bilməz.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*