Home » Beynəlxalq, Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » Baş nazirin yeni mahnılarından ibarət diski yaxın günlərdə satışa çıxacaq

Baş nazirin yeni mahnılarından ibarət diski yaxın günlərdə satışa çıxacaq

Musiqiçi Mariano Apiçella İtaliyanın Baş naziri Berluskoni ilə birgə yazdığı yeni mahnılardan ibarət disk noyabrın 22-də satışa çıxacaq. AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, “Həqiqi məhəbbət” (“Vero amore”) adlı diskdə bu duetin son kompozisiyaları toplanıb. Qeyd edək ki, S.Berluskoni mahnıların mətninin, M. Apiçella isə bəstəsinin müəllifidir. Marianonun sözlərinə görə, yeni diskin buraxılışı bir neçə dəfə texniki səbəblərdən təxirə salınıb. “Gah saksofon sınıb, gah da zərb alətlərinin səsi çıxmayıb”. Bəstəkarın sözlərinə görə, disk həzn mahnılarla başlayır. Daha sonra isə temp yüksəlir. Diskdə samba da, digər Latın Amerikası mahnıları da var.
Qeyd edək ki, İtaliyanın hökümət başçısı gənclik illərindən oxuyur. Onun Apiçella ilə yaradıcılıq duetinin əsası uzun illər öncə qoyulub.
Apiçella tez-tez Baş nazirin gitarada müşaiyət edir. Bir sıra dövlət və hökümət başçıları Berluskoninin Sardiniyanın zümrüd sahillərindəki villasında qonaq olarkən buna şahidlik ediblər.
Mətbuat son zamanlar S.Berluskoninin siyasi uğurunun onun yaradıcılıq uğurlarından fərqləndiyini yazır. Hazırda İtaliya hökümət böhranı astanasındadır. Yerli siyasi dairələlər Berluskoninin postuna namizəd məsələsini açıq şəkildə müzakirə edir. Bundan başqa, hökumət başçısının adı bir sıra qalmaqallı məhkəmə proseslərində də keçir. Bu proseslərdə ona korrupsiya, həddi-buluğa çatmayan qızlara qarşı əxlaqsız hərəkətlərə yol verdiyinə görə ittiham irəli sürülüb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*