Bankomatlar və pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayında artım qeydə alınıb
|
AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2011-ci il noyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 2073 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 205 ədəd çoxdur. Cari ilin noyabrın 1-nə bankomatların 1154-ü Bakı şəhərində, 919-u isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 12477 ədəd olmuşdur. Cari dövrdə pos-terminalların 11463-ü Bakı şəhərində, 1014-ü isə digər regionlarda yerləşir.
2011-ci il noyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 4 milyon 471 min ədədə çatmışdır. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 milyon 063 min ədəd olmuşdur. Onlardan 93,7%-i debet kartlarının payına düşür.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒