Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bankomatlar və Pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı artır

Bankomatlar və Pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı artır

2010-cu il noyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1868 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 ədəd çoxdur.

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,cari ilin noyabrın 1-nə bankomatların 1036-sı Bakı şəhərində, 832-si isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 7878 ədəd olmuşdur. Cari dövrdə pos-terminalların 7068-i Bakı şəhərində, 810-u isə digər regionlarda yerləşir.
2010-cu ilin noyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 4 mln. 103 min ədədə çatmışdır. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3 mln. 910 min ədəd olmuşdur. Onlardan 94,8%-i debet kartlarının payına düşür.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*