Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bankların yerli filiallarının sayı artır
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Bankların yerli filiallarının sayı artır

2010-cu il oktyabr ayının 1-nə bank əməliyyatları aparmaq üçün 148 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 101-i bank olmayan kredit təşkilatlarıdır. 1 oktyabr 2010-cu il tarixinə respublikada 47 bankın lisenziyası olmuşdur ki, onlardan 1-i dövlət, 46-sı isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərmişdir.

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.
Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 646-ya bərabər olub. Bunların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 42-yə, bank şöbələrinin sayı isə 119-a bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8-ə bərabərdir. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*