Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bankların yerli filiallarının sayı artır


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Bankların yerli filiallarının sayı artır

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il aprel ayının 1-nə bank əməliyyatları aparmaq üçün 145 kredit təşkilatının lisenziyası olmuşdur.

Bunlardan 98-i bank olmayan kredit təşkilatlarıdır. 1 aprel 2010-cu il tarixinə respublikada 47 bankın lisenziyası olmuşdur, onlardan 1-i dövlət, 46-sı isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 631-ə bərabər olub. Bunların 38-i dövlət, 593-ü isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 41-ə, bank şöbələrinin sayı isə 109-a bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*