Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bankların yerli filiallarının sayı artır

Bankların yerli filiallarının sayı artır

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bildirir ki, 2010-cu il iyul ayının 1-nə bank əməliyyatları aparmaq üçün 148 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 100-ü bank olmayan kredit təşkilatlarıdır. 1 iyul 2010-cu il tarixinə respublikada 47 bankın lisenziyası olmuşdur, onlardan 1-i dövlət, 46-sı isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 640-a bərabər olub. Bunların 38-i dövlət, 602-si isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 41-ə, bank şöbələrinin sayı isə 114-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*