Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Banklardakı 1 milyard dollara yaxın əmanət sığortalanmayıb


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Banklardakı 1 milyard dollara yaxın əmanət sığortalanmayıb

Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin II rübü ilə bağlı məlumatları açıqlayıb. Məlum olub ki, fondun sığorta ehtiyatları 27 mln. 309 min 700 AZN təşkil edib. Göstərilən rübdə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətlərinin həcmi isə 2 mlrd. 484 mln. manat olub. Qorunmayan əmanətlər 818 mln. 577 min manat, qorunan əmanətlər 1 mlrd. 665 mln. manat təşkil edib. Bu arada nəzərə çatdıraq ki, fonda üzv banklarda illik 12 faizlə yerləşdirilən əmanətlər sığorta olunur. Bundan yuxarı faizlə yerləşdirilmiş əmanətlər sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Onu da xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki,sığortalanan əmanətlərin məbləğinin 30 min manata çatdırılmasına, sığortalanan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınmasına baxmayaraq Əmanətlərin Sığortalanması Fondunun əhatə dairəsi kiçik olaraq qalır: “ Bunun nəticəsidir ki, 1 milyard dollardan artıq əmanət sığortalanmır. Əgər bank sektorunda hər hansı problem baş verərsə, eləcə də banklar müflis olmaq təhlükəsi qarşısında qalarsa, o zaman 1 milyard dollar yaxın əmanəti qaytarmaq mümkün olmayacaq. Rəsmi rəqəmlər göstərir ki, əgər birinci rübün yekununda Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunmayan əmanətlərin həcmi 777 milyon manat idisə, 3 ay ərzində bu rəqəm 818 mln. 577 min manata qədər yüksəlib. 3 ayda sığortalanmayan əmanətlərin məbləği 111 milyon manat artıb”.
Sığortalanmayan əmanətlərin həcmində artımların davam etməsinin narahatlıq doğurduğunu söyləyən iqtisadçı bildirir ki, 46 bankdan `yalnız 43-ü fondun üzvüdür: “Həmin 3 bankda yerləşdirilən əmanətlər sığortalanmır. Xatırladaq ki, hazırda maksimum məbləğ 30 min manata qədər, illik dividenti12 faizədək olan əmanətlər sığortalanır. 12 faizdən yüksək faizlə əmanət cəlb edən və məbləği 30 min manatdan artıq olan əmanətlər sığortalanmır”.
Ekspert deyir ki, fond əmanətlərin sığortalanması üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı qərar qəbul etsə də, bəzi kommersiya banklarına cəlb olunan əmanətlər üzrə faiz dərəcələri yüksək olaraq qalır: “Bu da bankların təklif etdikləri kredit faizlərinin yüksək olması ilə bağlıdır. Kredit faizləri yüksək olduğundan vətəndaşlardan əmanətlər yüksək faizlə cəlb edilir. Bəzi banklar isə yüksək faiz təklif etməklə daha çox əmanət cəlb etməyə çalışırlar. Hansıki bu ucuz kampaniyalar kifayət qədər böyük məbləğdə əmanətlərin batmasına gətirib çıxara bilər”.
V.Bayramov un fikrincə, əmanətlərin sığortalanması üzrə maksimum məbləğin artırılması prosesi ləngiyib: “Fondun məlumatına əsasən, qurum əmanətlərin sığortalanması dairəsinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Mərkəzi Şərqi Avropa ölkələrində hər il sığortalanan əmanətlərin maksimum məbləğina baxılır. Əgər Polşada 2008-ci ilədək 22 min 500 avroya qədər əmanət sığortalanırdısa, həmin ilin oktyabrında sığortalanan əmanətlərin məbləği 50 min avroya, 2009-cu ildə 100 min avroya qədər artırıldı. Elə ölkələr var ki, onlarda sığortalanan əmanətlərin məbləğinə maksimum məbləğ və ya limitlər müəyyən edilməyib. Məsələn, Slaveniyada əmanətlərin məbləğindən asılı olmayaraq bütün əmanətlər sığortalanır. Eyni zamanda sığortalanan əmanətlər tam olaraq geri qaytarılır. Eyni strategiyanı İrlandiya və Danimatrkada da müşahidə etmək mümkündür. Rusiyada sığortalanan əmanətlərin divitent faizi üçün maksimum limitlər müəyyən edilməyib.Yəni əmanətlər üzrə hansı faiz dərəcəsinin təklif edilməsinə baxmayaraq həmin bank Rusiyada 2004-cü ildə yaradılan Depozit Sığorta Agentliyinin üzvüdürsə, orada yerləşdirilən əmanətlər sığortalanır.Azərbaycanda digər MDB ölkələrindən fərq ondadır ki, sığortalanan əmanətlər üzrə maksimum məbləğin artırılması mütəmadi olaraq yox, gec-gec baş verir”. qtisadçı hesab edir ki, fond əmanətlərin batmasının qarşısını almaq üçün üzv bankların sayını artırmalıdır . Həmçinin əhali arasında sığortalanan əmanətlərin şərtləri ilə bağlı təbliğat qurulmalıdır: “Qorunmayan əmanətlərin məbləğinin artımı bu sahədə maarifləndirmənin zəif olmasından xəbər verir. Başqa tərəfdən banklar əmanətlərin cəlbi ilə bağlı reklam roliklərində 12 faizdən yüksək faizlə yerləşdirilən əmanətlərin fond tərəfindən sığortalanmaması yönündə qeydin aparılması məcburi edilməlidir. Bir sıra ölkələrdə analoji təcrübəyə rast gəlinir“.V.Bayramovun sözlərinə görə, sığortalanan əmanətlərin əhatə dairəsinin artırılması üçün bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi sığortalanan əmanətlərin məbləğinin 50 min avroyadək artırılmasına ehtiyac var:” Mərkəzi və Şərqi Avropa ölkələrindəminimum məbləğ 50 min avrodur. Azərbaycanda da maksimum məbləğin 50 min manata çatdırılmasına ehtiyac var”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*