Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bank olmayan kredit təşkilatlarının sayında artım qeydə alınıb
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Bank olmayan kredit təşkilatlarının sayında artım qeydə alınıb

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2011-ci il iyul ayının 1-nə bank əməliyyatları aparmaq üçün 158 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 114-ü bank olmayan kredit təşkilatlarıdır.1 iyul 2011-ci il tarixinə respublikada 44 bankın lisenziyası olmuşdur ki, onlardan 1-i dövlət, 43-ü isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 22 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 13 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.
Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 650-yə bərabər olub. Bunların 38-i dövlət, 612-si isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 39-a, bank şöbələrinin sayı isə 128-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8-ə bərabərdir. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*