Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bank olmayan kredit təşkilatları Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşulacaqlar

Bank olmayan kredit təşkilatları Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşulacaqlar

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Bank olmayan kredit təşkilatları (BOKT) da “Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) haqqında Qaydalar”a edilmiş yeni əlavə və dəyişikliklərə əsasən MKR-ə qoşulacaqlar.

Yeni dəyişikliklər BOKT-lər tərəfindən MKR-ə təqdim ediləcək məlumatların strukturunu, verilməsi və alınması qaydalarını müəyyən edir. Qaydalara əsasən BOKT-lər hər ayın ilk dörd iş günü ərzində bütün kredit portfelini, kreditin verildiyi tarixdən iki iş günündə isə yeni verilmiş kreditlər haqqında məlumatlarını MKR-ə təqdim etməlidirlər.
Bu məqsədlə BOKT nümayəndələri üçün Mərkəzi Bankda müvafiq seminar keçirilib, qoşulma ilə bağlı prosedurlar nümayiş etdirilib. Artıq məlumatların real vaxt rejimində test olunması üçün müvafiq texniki platforma qurulub. Hər bir BOKT məlumatlarını həmin platformada sınaqdan keçirdikdən sonra əsas bazaya qoşula biləcəklər.
Qeyd edək ki, 2005-ci ildə Mərkəzi Bankda yaradılan MKR-də hazırda bankların məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır. BOKT-lərin də MKR-ə qoşulmasından sonra hər bir borcalan haqqında onun həm banklarda, həm də BOKT-lərdə olan bütün öhdəliklərini əks etdirən kredit hesabatı əldə etmək mümkün olacaqdır. Qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlardan yalnız banklar və BOKT-lər, habelə borcalanların özləri yararlana bilərlər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*