Home » Şou biznes və Mədəniyyət, Ümumi » Baloğlan Əşrəfov: Sənətə görə ailəsini dağıdanlara pis baxıram
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Baloğlan Əşrəfov: Sənətə görə ailəsini dağıdanlara pis baxıram

“Evdən qaçmışam, ərimdən boşanmışam” – bu söz şou-biznesdə tarix boyu işlədilən sözdür. Kimi çıxır deyir: “yaxşı səsim var idi, qoymadılar oxuyum, mən də qaçdım və ya ərim qoymurdu, boşandım”. Bilirsiniz, istedadlı şəxs harada olur-olsun, istedadı varsa, şansı varsa, oxuyacaq. Sənətə görə evdən qaçanlara, ailəsini dağıdanlara pis baxıram. Mən heç vaxt ailəmi incəsənətə qurban vermərəm. Ailə müqəddəsdir”. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, bu sözləri deyən əməkdar artist Baloğlan Əşrəfovun fikrincə, yaşlı müğənnilər həm sənəti, həm də dünya təcrübəsi ilə indiki gənc müğənnilərdən seçilir. “Yaşlı müğənnilər abır-həyalarını qoruyurlar ki, indiki gənclərə baş qoşmasınlar. Sizə bildirim ki, şou-biznesdə mənəm-mənəm deyənləri aparasan rayon yerində palatka toyuna, yarım saat gör canlı oxuya biləcək, yoxsa yox”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*