Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Balakəndə beynəlxalq xurma festivalı keçiriləcək…

Balakəndə beynəlxalq xurma festivalı keçiriləcək…

Noyabrın 4-5-də Azərbaycanda ilk dəfə Balakəndə “Beynəlxalq Xurma Festivalı” keçiriləcək.

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, festivalda Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq qurumların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulur. Balakən şəhərindəki Heydər Əliyevin adına Mədəniyyət və İstirahət Parkında reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş olunacaq, tanınmış musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edəcəklər.

Xatırladaq ki, xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 800 hektardan çoxdur. Ötən il bu bağlardan 14 min 392 ton xurma məhsulu əldə olunub. Cari ildə isə xurma istehsalının 15 min tondan çox olacağı proqnozlaşdırılır.

Xurma, həm də ixrac potensialı yüksək olan məhsullardan biri hesab olunur. Hazırda Balakəndə xurma ixracatı ilə məşğul olan onlarla sahibkar fəaliyyət göstərir. Məhsul əsasən, Rusiya və Ukraynaya ixrac edilir, həmçinin yerli bazarlarda da satışa çıxarılır. Rayonun Katex kəndində yeni yaradılan “Balxurma” müəssisəsində bu mövsümdən xurmanın quru və yarımquru emalı həyata keçiriləcək. Müəssisədə istehsal olunacaq məhsullar daxili bazardan əlavə, MDB, Avropa və ərəb ölkələrinə də ixrac olunacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*