Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb …


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb …

“Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var.” AgahMedia.Com informasiya portalının Report.Az saytına istinadən məlumatına görə, bu barədə açıqlama verən MBA konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunan aktivlikdə həm sayda, həm də qiymətlərdə göstərir.”

N.İbrahimov deyib ki, ümumiyyətlə, 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: “Belə ki, qiymət artımının, təqribən, 6-8% civarında olması gözlənilir.

Ekspert həmçinin, əlavə edib ki, bu il mənzil bazarında, ola bilsin ki, 5-6%-lik artım olsun: “Lakin torpaq bazarında 5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında 4-5%, mənzillərin kirayəsində isə qiymət artımı 7-8% ola bilər.”

N.İbrahimov Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: “Xaricilərin – ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur.”

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*