Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakının daşınmaz əmlak bazarında ucuzlaşma müşahidə olunur

Bakının daşınmaz əmlak bazarında ucuzlaşma müşahidə olunur

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

Daşınmaz əmlak bazarında son iki ayda qiymətlər 10 faizə qədər ucuzlaşıb. Ucuzlaşma daha çox yeni tikililərdədir. Məsələn, 3-cü mikrorayon ərazisində əvvəllər kvadratı 1200 manata satılan mənzillər indi 1100 manatdan da aşağı təklif olunur.

Köhnə tikililərdə isə qiymət dəyişikliyi əsasən şəhərin mərkəzi hissələrində yerləşən, xüsusən də çoxotaqlı, bahalı mənzillərdədir. Belə ki, Gənclik və Nərimanov metrostansiyaları ətrafında əvvəllər 170 min manata olan 4 otaqlı evlər indi 150 min manatadır. Qiymətlərin ucuzlaşmasına səbəb daşınmaz əmlak bazarında yaşanan durğunluqdur.

AgahMedia.Com informasiya portalının İctimai TV -yə istinadən məlumatına görə, avqust ayının sonundan daşınmaz əmlak bazarında bir süstlük yaşanır. Aktivlik keçən ilin müvafiq dövrü ilə müqayisədə 30-35 faiz 38 faiz düşüb. Bazara alqı-satqı prosesi üçün müraciət edənlərdə 35 faiz azalmalar var.
Əvvəllər ilin sonunda alıcıların əlindəki vəsaiti daşınmaz əmlak bazarına yatırması müşahidə olunurdusa, indi vəziyyət dəyişib. Son aylar bazarda özünü göstərən daha bir tendensiya- Rusiyada yaşayan azərbaycanlıların paytaxtda aldığı evləri satmasıdır. İllər öncə baha qiymətə alınan evlər hazırda daha ucuz qiymətə satışa çıxarılır. Bu, qonşu ölkədə yaşanan iqtisadi böhranla əlaqələndirilir.

Ekspertlər də təsdiq edirlər ki, Rusiyada yaşayan azərbaycanlıların Azərbaycanın daşınmaz əmlakına qoyulan investisiyalarda əhəmiyyətli dərəcədə azalmalar var. Son 2 ayda investisiyanın əksini görürük. Yəni əvvəl ev alanlar indi onu satıb bizneslərinin davamlılığını təmin etməyə aparırlar. Əgər daşınmaz əmlak bazarında durğunluq davam edərsə, qiymətlərdəki ucuzlaşma gələn ilin əvvəllərindən etibarən davamlı xarakter ala bilər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*