Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıdan Batumiyə getmək istəyənlərin nəzərinə…
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Bakıdan Batumiyə getmək istəyənlərin nəzərinə…

İyul ayından etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi avtobus reysi həyata keçiriləcək.  AgahMedia.Com informasiya portalının Bakı Beynəlxalq Avtovağzal Kompleksindən aldığı məlumata görə, avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq.

Avtobusun Batumidən geriyə yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.

“Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.
Bakı-Batumi reysinə biletlərinin satışı həm BBAK-ın kassalarından, həm də “onlayn” şəkildə həyata keçirilir.

Sərnişinlərdən xahiş olunur biletləri mütləq şəkildə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) kassalarından və ya onlayn qaydada (avtovağzal.az saytından) əldə etsinlər. Məlumat üçün bildirək ki, biletləri “Qabaqcadan satış” kassaları və “Onlayn” qaydada 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərimizin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay, kofe və su ilə təmin olunması nəzərdə tutulub.
Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58, (012) 406 01 59 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.”

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*