Home » Beynəlxalq, Siyasət, Ümumi » Bakıdakı İran səfirliyi qarşısında etiraz aksiyası keçirildi

Bakıdakı İran səfirliyi qarşısında etiraz aksiyası keçirildi

Sentyabrın 2-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) Güney Azərbaycan nümayəndəliyi və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Səbail rayon təşkilatının təşəbbüsü ilə İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib.
AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, aksiyada Urmiya gölünün quruması prosesinə İran hakimiyyətinin laqeyd münasibətinə etiraz bildirilib, eyni zamanda Güney Azərbaycan türklərinə dəstək nümayiş olunub. İran hakimiyyətinin Urmiya gölünə münasibətini pisləyən, milli fəaliyyətinə görə tutulan güneylilərin azadlığa buraxılmasını tələb edən aksiyaçılar Azərbaycanın bütövlüyü, Urmiya gölünün xilası yönümündə şüarlar səsləndiriblər.
Aksiya başlayandan az sonra polis etirazçıları səfirliyin qarşısından uzaqlaşdırıb. Saxlanan yoxdur.
Urmiya gölü qurumaq təhlükəsi ilə üzləşib. Gölün 60 faizinin quruduğu bildirilir. Ekspertlər xəbərdarlıq edirlər ki, ehtiyat tədbirləri görülməsə, göl tamamilə məhv olacaq. Onların fikrincə, göl su mənbələrinin tükənməsi və qeyri-effektiv su idarəçiliyi üzündən quruyur.
Güney azərbaycanlılar Urmiya gölünün qurudulmasına etiraz olaraq müntəzəm aksiyalar keçirirlər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*