Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıda yeni tikilən binalarda ən ucuz və ən bahalı mənzillərin qiymətləri…

Bakıda yeni tikilən binalarda ən ucuz və ən bahalı mənzillərin qiymətləri…

AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bu gün Bakı şəhəri ərazisində ölkənin tikinti şirkətlərinin təklif etdiyi 193 yaşayış kompleksində mənzil almaq olar. 2018-ci ilin sentyabr ayının nəticələrinə görə Bakı şəhərində yeni tikili binalarda kvadrat metrin orta qiyməti 1545 AZN təşkil edir.

Əgər, yeni tikili binaların qiymətini rayonlar üzrə müqayisə etsək, ən bahalı rayon Səbail rayonudur ki, burada orta hesabla bir kvadrat metrin qiyməti 2950 AZN təşkil edir, yaşayış üçün ən ucuz sektor isə Abşeron rayonudur ki, burada da orta hesabla bir kvadrat metrin qiyməti 900 AZN təşkil edir.

Bakı şəhərinin rayonları üzrə mənzillərin orta qiyməti:

Səbail 2950 AZN/m2

Nəsimi 2050 AZN/m2

Xətai 2030 AZN/m2

Nərimanov 1900 AZN/m2

Yasamal 1760 AZN/m2

Nizami 1420 AZN/m2

Binəqədi 1380 AZN/m2

Sabunçu 1300 AZN/m2

Qaradağ 1180 AZN/m2

Xəzər 1050 AZN/m2

Suraxanı 980 AZN/m2

Abşeron 900 AZN/m2

Əgər inşa edilmiş evlər və hələ də inşaatda olan mənzillərin dəyərini müqayisə etsək, hazır mənzillərin qiyməti daha yüksək olacaq.

Artıq təhvil verilmiş hazır yeni mənzildə kvadrat metrin qiyməti 1580 AZN təşkil edəcək. Bakının 2018-ci ildə, təhvil verilmiş, həmçinin bu ilin sonuna tikintisi başa çatmaqda olan yeni tikili binalarında orta qiymət 1430 AZN təşkil edir. İnşa olunan və 2019-cı ildə başa çatacaq yaşayış komplekslərində orta qiymət 1370 AZN-ə bərabərdir.

Qeyd edək ki, araşdırma “Flatfy” şirkəti tərəfindən aparılıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*