Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Təhsil sektoru, Ümumi » Bakıdakı tələbələr üçün ən böyük yataqxana tezliklə istifadəyə veriləcək…

Bakıdakı tələbələr üçün ən böyük yataqxana tezliklə istifadəyə veriləcək…

Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir. AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar.

Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub. 0,8 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 21 min kvadrat metrdən çoxdur. Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək.
Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*