Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıda üçulduzlu otellərin sayı artırılacaq

Bakıda üçulduzlu otellərin sayı artırılacaq

“Bakıda üçulduzlu otellərin inşasına diqqət yetiriləcək. Bununla belə, verilən xidmətlərin müxtəlifliyi təmin edilməlidir”.Bunu mədəniyyət və turizm naziri Əbüfəs Qarayev deyib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, nazir bildirib ki, hazırda beş və dördulduzlu otellərin sayı kifayət qədərdir: “Onlar hazırda tam gücü ilə işləyirlər. İndi isə biz daha aşağı ulduz kateqoriyası olan hotellərin inşasına başlayacağıq. Gələn ildən artıq beynəlxalq standartlara uyğunlaşmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş otellərin yeni ulduz alma qaydalarının tətbiqinə başlanacaq. Bu qaydalar kifayət qədər sərtləşib. Bu da zamanın tələbidir”.
Ə. Qarayev onu da qeyd edib ki, 2015-ci ilədək Şahdağ Yay-Qış Turizm Kompleksi tam gücü ilə işləyəcək: “Artıq bu yaxınlarda ölkə Prezidentinin iştirak ilə bu kompleksin birinci mərhələsinin açılışı olub”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*