Home » Ümumi » Bakıda Türk Filmləri Festivalı Keçiriləcək

Bakıda Türk Filmləri Festivalı Keçiriləcək

Dekabrın 13-ü, 14-ü və 15-də Bakı şəhərində Türk Filmləri Festivalı keçiriləcək. Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşavirliyindən verilən məlumata görə, Türk Filmləri Həftəsində “Bəyaz mələk”, “İ love you”, “Vizontele Tuba”, “Gönül yarası”, “Babam və Oğlum” filmləri ilk dəfə olaraq pulsuz olaraq nümayiş olunacaq. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək Türk Filmləri Həftəsi 2010-cu il, eyni zamanda son illər Türk filmlərinin ən önəmli və çoxsaylı mükafat qazanmış filmləri bir araya gətirəcək. 13 dekabrda açılışı keçiriləcək film həftəsi tanınmış rejissor və aktyor Mahsun Kırmızıgülün “Bəyaz mələk” nümayişi ilə başlayacaq.
“AYS YAPIM”ın təşkialtçılığı ilə baş tutacaq Türk Filmləri Həftəsi üç gün boyunca Azərbaycan filmsevərləri Türk filmləri ilə bir araya gətirəcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*