Home » Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək

Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək

Kino_hakkinda

AgahMedia.Com informasiya portalının Mədəniyyət Və Turizm Nazirliyindən aldığı məlumata görə, 1-7 oktyabr 2015-ci il tarixində Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək.
Film Həftəsi ilə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək. Nümayəndə heyətinin tərkibinə Xalq Artisti Boris Şerbakov, Həftənin filmlərində çıxış edən digər aktyorlardan Denis Şvedov, Valeriy Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitriy Savinskiy, Georgiy Malkov, nümayiş olunacaq “Quzum Dolli kinli idi, tez öldü” bədii filminin ssenari müəllifi, rejissoru və prodüseri, tanınmış televiziya xadimi Aleksey Pimanov və “Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir.
Film həftəsi çərçivəsində oktyabrın 1-də saat 19:00-da “Burada üfüqlər sakitdi…”, oktyabrın 2-də saat 18:40-da “Yaşıl karet”, oktyabrın 3-də saat 18:40-da “Quzum Dolli kinli idi, tez öldü”, oktyabrın 4-də saat 18:40-da “Kabus”, oktyabrın 5-də saat 18:40-da “Batalyon”, oktyabrın 6-da saat 18:40-da “Ələkeçməz”, oktyabrın 7-də saat 18:40-da isə “Əziz anam” bədii filmləri Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaqdır.
Film nümayişlərinə giriş sərbəstdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*