Home » Şou biznes və Mədəniyyət, Ümumi » Bakıda “MBD-nin Qızıl Diski” adlı beynəlxalq müsabiqə keçiriləcək


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Bakıda “MBD-nin Qızıl Diski” adlı beynəlxalq müsabiqə keçiriləcək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

Azərbaycanda ilk dəfə olaraq “MBD-nin Qızıl Diski” adlı beynəlxalq mükafat müsabiqəsi keçiriləcək. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “MBD-nin Qızıl Diski” mükafatının beynəlxalq təşkilat komitəsinin Azərbaycanda rəsmi nümayəndəsi Zümrüd Məcidova bildirib ki, mükafat MBD-ya üzv olan ölkələrin mədəniyyət və şou-biznes sahəsində olan xidmətlərinə görə verilir. Tədbir “World Media Alliance & World Music Digital Distribution” tərəfindən təşkil edilmiş dünyaca məhşur olan WMA – World Golden-CD Awards çərçivəsində keçirilir. Layihə 20 aprel 2013-cü ildə həyata keçiriləcək.
Müsabiqənin şərtlərinə görə, yerli estrada ulduzları arasından ən layiqli namizədlər seçiləcək. Nominasiyalar “Qızıl Disk” və “Gümüş Disk” kateqoriyalar üzrə veriləcək. “Brilyant və Platin Diskləri” nominasiyalar üzrə namizədləri hər ölkənin Təşkilat Komitəsi müəyyən edəcək.
Yekun nəticələrə əsasən bütün ölkələr üzrə ən yaxşı və məhşur treklər sinql-disk şəklində dünyaca məşhur olan musiqi sahəsi üzrə aparıcı internet-mağazalarında yerləşəcək. Bura Аpp1e, Amazon, Itunes, Frequency, Мeteli, Weltbild-downloads, Tunecloud kimi və s. marketlər daxildir. Bu mərhələ, yəni 5-ci həlledici olacaq, çünki qalibləri müəyyən edən zaman treklərin yüklənməsi, albomların alınma qabiliyyəti nəzərə alınacaq.
Satışdan əldə olunan gəlirlərin 50 faizini WMA rəhbərliyi yaradıcılıq heyətinə (bəstəkar, şair, aranjımançı və s.) ödəməyə hazırdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*