Home » Biznes sfera və iqtisadiyyat, İdman, Sosial, Təhsil sektoru, Ümumi » Bakıda Mançester Yunayted Futbol Məktəbi açıldı

Bakıda Mançester Yunayted Futbol Məktəbi açıldı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Futbol_topu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Bakcell şirkəti və İngiltərənin Mançester Yunayted futbol klubu arasında baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açıldığı elan edilib. AgahMedia.Com informasiya portalının AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ilkin mərhələdə, Akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaq. Uşaqlar hər bir kateqoriya üzrə Mançester Yunayted klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 – (2006 və 2007-ci il təvəllüdlü) – 16 uşaq
2) U10/U11 – (2004 və 2005-ci il təvəllüdlü) – 16 uşaq
Məşqlər Mançester Yunayted futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq (məşqdən əvvəl həftədə ən azı iki dəfə).

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*