Home » Şou biznes və Mədəniyyət, Ümumi » Bakıda məşhur reper Tupak Şakura həsr olunan gecə keçiriləcək

Bakıda məşhur reper Tupak Şakura həsr olunan gecə keçiriləcək

İyulun 30-u Bakıdakı “Studio 2 Bavarius” klubunda dünyanın məşhur reperi Tupak Şakura həsr olunan gecə keçiriləcək.

AgahMedia.Com portalının SİA- istinadən məlumatına görə, bu barədə gecənin təşkilatçıları tərəfindən məlumat verilib. Tədbirdə Tupakın mahnıları səsləndiriləcək və həyatı haqqında maraqlı məlumatlar veriləcək.Qeyd edək ki, Tupak Şakur 1971-ci il iyunun 16-da Nyu-Yorkda anadan olub. O, qanqsta-repin ən görkəmli ulduzlarından biri hesab olunur. Reperlikdən əlavə, aktyor kimi də özünü sınayan Tupak 6 filmə çəkilərək 2 “Qremmi” mükafatı qazanıb. Tupak 1996-cı il sentyabrın 13-də boksçu Mayk Taysonun Las-Veqasdakı çıxışından evə qayıdan zaman güllələnərək, qətlə yetirilib. Reperin ölüm günü hər il milyonlarla pərəstişkarı tərəfindən yad edilir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*