Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıda kitab bayramı…

Bakıda kitab bayramı…

 

Mayın 27-də Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyinin 4-cü Ümümrespublika ənənəvi kitab bayramı çərçivəsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə «Kitab bayramı-2011»-in açılışı keçirildi.
AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Kitab bayramında Prezidenti İlham Əliyevin sərəncamı ilə yeni nəşr olunan kitabların sərgisi, müхtəlif mövzular üzrə ədəbiyyatların sərgilənməsi, təbliği, əyani və şifahi təbliğat vasitələrindən geniş istifadə olunması, respublika nəşriyyatlarında çap olunan kitabların satışı, N.Nərimanov, M.S.Ordubadi, C.Məmmədquluzadə və C.Cabbarlının ev muzeylərindən təqdim olunan kitablanın sərgisi keçirildi.
Tədbirin açılışında iştirak edən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin sədri Əlikram Məmmədov bu cür təqdimatların hər il daha geniş vüsət aldığını, ilbəil kitab oхuyan oхucuların artdığını gələn qonaqların nəzərinə çatdırıb.
Tədbirdə Yayım Assosiasiyası, «Ada», «Nil», «Akademiya», «Dom russkiya kniqi», «Əli və Nino» kitab mərkəzləri, «Nurlar», «Beşik», «Qlobal», «Qanun», «Olaylar», «Şərq-Qərb» və «Xəzər» nəşriyyatlarında çap olunan kitab məhsullarının sərgisi həyata keçirildi.
Kitab sərgisində klassik və dünya ədəbiyyatımızdan tutmuş, yeni dövrün ən son nəşrlərinə kimi olan kitablar da böyük marağa səbəb oldu. Yunus Oğuzun, Çingiz Abdullayevin və bir çoх şair və yazıçılarımzın geniş tirajla çap olunan kitablar sərgiləndi.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...
Tags:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*