Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıda Hindistan məhsullarının sərgisi keçiriləcək …


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Bakıda Hindistan məhsullarının sərgisi keçiriləcək …

Martın 7-17-də saat 10:00-dan 18:00-dək Bakı İdman Sarayında (Neftçilər prospekti. 26a) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları – Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin ikincisini təşkil edəcək.

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, səfirlikdən bildirilib ki, xarici ölkələrdə keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir. “Hindistanın ən yaxşıları – Ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”ndə elektrik və elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr və sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil və geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edəcək. Sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir, Hindistan Hökuməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.

Biznes və ticarətdən əlavə tədbir, həmçinin mədəni tədbirlər, yemək və Bollivud festivalı və sair vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaq. Sərgiyə giriş sərbəstdir.

Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur.

2017-ci ildə Hindistanın Azərbaycana ixracının həcmi 37 milyon dolları keçib, Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatıb. Azərbaycanın təcrübəli kadrlarını və tələbələrini Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq var.

PHD Ticarət və Sənaye Palatası Hindistanın aparıcı sənaye palatalarından biridir və 1905-ci ildə yaradılıb. 130 minədək birbaşa və bilavasitə üzvə malik olan palata sənayenin həqiqi təmsilçisi kimi müxtəlif sahələrə aid sənaye təcrübələri vasitəsilə öz irsini irəli aparır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*