Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıda mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi keçiriləcək

Bakıda mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi keçiriləcək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

AgahMedia.Com informasiya portalının “Iteca Caspian” şirkətindən aldığı məlumata görə, 2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində regionun mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbiri – 9-cu Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar (“HOREX Caucasus 2015”) sərgisinə start veriləcək. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

Yaxın gələcəkdə Azərbaycanda Birinci Avropa İdman Oyunları (“Baku 2015”), Beynəlxalq Şahmat Federasiyasının Kuboku (“FİDE 2015”), Asiya İnkişaf Bankının 48-ci İllik Toplantısı (“ABD Annual Meeting 2015”), “Formula-1” avto-yarışları üzrə dünya çempionatının mərhələsi (2016), Şahmat üzrə Dünya Çempionatı (2016) və İslam Həmrəylik Oyunları (2017) kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlərin keçirilməsi ilə əlaqədar mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi həyata keçirilir ki, bu da “HOREX Caucasus 2015” sərgisinin əhəmiyyətini daha da artırır. Belə ki, məhz bu sərgidə yeni inşa edilmiş və gələcəkdə inşa olunacaq obyektlər üçün “Mehmanxana, Restoran və Kafelər” (“HoReCa”) sektoru üzrə aparıcı beynəlxalq istehsalçı və distribyutorların təklif etdikləri bütün zəruri avadanlıq və ləvazimatları, eləcə də qida məhsulları və içkiləri seçmək mümkün olacaq.

Beləliklə, “HOREX Caucasus 2015” sərgisində Azərbaycan, İtaliya, Koreya, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri təqdim olunacaqlar. Sərgi iştirakçıları arasında “Afidamp”, “Asena”, “Ateşe Makine Kazan”, “Billur MS”, “Coffee Planet Azerbaijan”, “GMG”, “Günəş”, “Guven Halicilik”, “HoReCa”, “Hotstar”, “HRS” (“Hotel & Restaurant Systems”), “Hurom”, “Inter Isi”, “Refra” ASC, “Kaan Celik Kasa”, “Lactalis”, “Netsa Metal”, “RULOPAK Hijyen Sistemleri”, “Zama” və başqa şirkətlər yer alır.

Sərginin ziyarətçiləri qismində mehmanxana, ticarət və mətbəx avadanlıqları üzrə distribyutor və istehsalçılar, habelə rəhbər şəxslər, marketinq, eləcə də restoran, mehmanxana və spa mərkəzlərinin tədarük menecerləri dəvət olunacaqlar. Həmçinin, sərginin ziyarətçiləri arasında şadlıq sarayları, supermarketlər, iaşə xidmətləri, istirahət ocaqları, sağlamlıq mərkəzləri, fitnes klublar, sanatoriya və biznes mərkəzlərinin tədarük üzrə menecerləri də olacaq.

Beləliklə, “HOREX Caucasus 2015” sərgisi yeni məhsul və xidmətlərin nümayiş etdirilməsi üçün unikal platforma olmaqla yanaşı, qonaqpərvərlik sənayesi üzrə avadanlıq, texnologiya, məhsul və xidmətlərin istehlakçıları və istehsalçıları arasında yeni səmərəli və qarşılıqlı faydalı əlaqələrin qurulması, eləcə də faydalı müqavilələrin imzalanması və etibarlı podratçılarla iş birliyi üçün əla imkan yaradacaqdır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*