Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Texno » Bakı II Regional İnternet İdarəçilik Forumuna ev sahibliyi edəcək

Bakı II Regional İnternet İdarəçilik Forumuna ev sahibliyi edəcək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığı məlumata görə, 2-ci Regional İnternet İdarəçilik Forumu 02-03 dekabr tarixlərində “Bakutel-2014” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində baş tutacaq. Builki konfrans Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində “İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma” mövzusunda keçiriləcək.

Forum BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyi, BMT-nin Azərbaycan Nümayəndəliyi, Azərbaycan İnternet Forumu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə dəstəyi ilə reallaşacaq.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirməkdir.

Tədbirdə “Rəqəmli erada hökumətin transformasiyası: Açıq Hökumət Məlumatının (AHM) Azərbaycanda yeni inkişafı və istiqamətləri”, “Post-Sovet məkanında E-İştirakın innovativ imkanları”, “Avrasiya və Azərbaycan regionunda E-Təhsil imkanlarının yaradılması”, “İKT innovasiyaları vasitəsilə davamlı inkişaf və ətraf mühitin qorunması” və s. bu kimi maraqlı mövzular müzakirə olunacaq. Tədbirdə Azərbaycanın və müxtəlif ölkələrin hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin iştirakçıları İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşacaqlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*