Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakıda növbəti bal yarmarkası keçiriləcək

Bakıda növbəti bal yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi 2014-cü il oktyabr ayının 1-dən 30-dək Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (metronun “28 may” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binasında arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək. AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, sərgi-satış yarmarkasının açılışı 01 oktyabr 2014-cü il tarixində saat 1200-da olacaq.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr ayının 10-dan 25-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər;

Şəxsiyyət vəsiqəsi

Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi)

Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə

Yarmarkaya gətirilmiş arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi haqqında ekspertiza

Anbarın həyətinə avtomobillər Xəqani küçəsi 92 nömrəli girişdən daxil ola bilərlər. Ancaq qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaqdır.

Eyni zamanda 2014-cü il sentyabr aynıın 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcəkdir. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Qiymətlər sərbəstdir.

Əlaqə telefonları; (012) 498-94-47, 498-64-91

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*