Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bakıda Azərbaycan-Türkiyə biznes forumu təşkiil olundu

Bakıda Azərbaycan-Türkiyə biznes forumu təşkiil olundu

Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, tədbirdə Azərbaycan tərəfindən rəsmi şəxslərlə yanaşı, sənaye, tekstil, kimya, tikinti, logistika və s. sahələrdə fəaliyyət göstərən 150-ə yaxın iş adamı iştirak edib. Türkiyə tərəfi isə tədbirdə İzmir Valiliyinin, Böyükşəhər Bələdiyyəsinin, Ege Bölgəsi Sənaye Palatasının nümayəndələrinin və iş adamlarının daxil olduğu 180 nəfərlik heyətlə təmsil olunub.

Biznes forumda çıxış edən iqtisadi inkişaf nazirinin mavini Sevinc Həsənova Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. O, sahibkarları bu imkanlardan daha geniş yararlanmağa dəvət edib.
İzmir valisi Cahid Kıraç, “Socar&Turcas”ın rəhbəri Kənan Yavuz, “Turcas” şirkətinin İdarə Heyətinin sədri Erdal Aksoy, Ege Bölgəsinin Sənaye Palatasının İdarə Heyətinin sədri Ender Yorgancılar, “Petkim” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev çıxışlarında Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr, iki qardaş ölkə arasında gələcək əməkdaşlıq perspektivləri, ARDNŞ-in Türkiyədə həyata keçirdiyi layihələr və Ege Bölgəsi Sənaye Palatasının fəaliyyəti barədə danışıblar.
Tədbirdə AZPROMO-nun vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın investisiya imkanları, Azərbaycan və Türkiyə arasındakı iqtisadi-ticarət əlaqələri, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf qurumun fəaliyyəti və həyata keçirilən layihələr haqqında təqdimatlarla çıxış ediblər. Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hülusi Kılıc iki qardaş ölkə arasındakı əlaqələr barədə məlumat verib.
Biznes forum iş adamları arasında işgüzar görüşlərlə davam edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*