Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bakıda 17-ci Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Sərgisi işə başladı

Bakıda 17-ci Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Sərgisi işə başladı

Bakıda – “Bakı Ekspo” mərkəzində Böyük Britaniyanın “ITE Group Plc.” şirkəti tərəfindən, Azərbaycanın Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə 17-ci Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Sərgisi öz işinə başlayıb.

 AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, sərgidə 26 ölkədən 280 şirkət iştirak edir. Bu da ötən illə müqayisədə 10 faiz çoxdur. Sərginin açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ekspo” mərkəzinin neft-qaz sərgisi ilə açılmasını mühüm hadisə adlandırıb.
Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunun inkişafından, son illər ölkə iqtisadiyyatında həyata keçirilən layihələrdən danışıb.
Daha sonra Türkiyənin enerji və təbii qaynaqlar nazirinin müavini Yusuf Yazar, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Məhəmməd bin Daen Əl-Həmlin çıxış ediblər. Sərgidə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin və ABŞ-ın dövlət katibi Hillari Klintonun məktubları oxunub. ABŞ dövlət katibinin Avrasiya enerji məsələlər üzrə müavini Riçard Morninqstar çıxışında bildirib ki, ABŞ regionda həyata keçirilən neft-qaz layihələrində iştirakından məmnundur. Dəfələrlə bu sahədə əməkdaşlığın genişləndirilməsinə dair məsələlərin ABŞ rəhbərliyi qarşısında qaldırıldığını deyən R.Morninqstar H.Klintonun məktubunu oxuyub.
Dövlət katibi məktubunda bildirib ki, Birləşmiş Ştatlar enerji layihələrinin həyata keçirilməsində Azərbaycana dəstək olmasından şərəf duyur, rəsmi Bakının səylərini dəstəkləyir. “ABŞ eyni zamanda Cənub Dəhlizi layihəsində Azərbaycanın davamlı iştirakını da arzulayır”.
Qeyd edək ki, 4 gün davam edəcək sərgidə 26 ölkədən 280 şirkət iştirak edir. Sərgiyə qatılmış şirkətlər arasında BP, “Statoil”, “Inpex”, “Petkim”, OMV, RWE, TPAO, “Botaş” və s. bu kimi tanınmış şirkətlər var.
İştirakçılar arasında Böyük Britaniya, Almaniya, Çin və Rusiyanın milli qrupları da təmsil olunur. Bu il sərgidə ilk dəfə olaraq BƏƏ-nin milli stendi iştirak edir. Sərgi meydançasının 40 %-dən çox hissəsini sərgisinin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tərəfindən tutulub. Sərgi iyunun 4-də başa çatacaq.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*