AgahMedia.Com

Agah olmaq və agah etmək bizim işimizdir…

İlk Səhifə  Haqqımızda   Valyuta kursu   Sosial

Biznes sfera və iqtisadiyyat   Webkataloq   Bizimlə əlaqə

 Dashinnmaz emlaklarin alqi-satqi elanlari kategorisinde Bakı Absheron ve diger erazilerde satiliq kupcali evler torpaqlar ve obyektler
2019-cu ildən Bakı-Tbilisi-Qars marşrutu sərnişinlərin ixtiyarına veriləcək…
14/12/2018 Beynəlxalq

AgahMedia.Com informasiya portalının “Azərbaycan Dəmir Yolları” QSC-dən aldığı məlumata görə, 2019-cu ildən Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin “STADLER Rail Group” şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir.

Hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilir.

Testlər Almaniyanın dəmir yolları tərəfindən 35 km məsafədə aparılır.

Yoxlanış zamanı vaqonların sürət həddi 177 km/saatadək çatdırılıb. Hal-hazırda testlər uğurla davam etdirilir.

Qeyd edək ki, test yürüşləri “Azərbaycan Dəmir Yolları” QSC-nin və “STADLER Rail Group” şirkətinin nümayəndə heyətlərinin birgə iştirakı ilə həyata keçirilir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...
Bir cevap yazın

AgahMedia.Com Independent Media Network © 2009 - 2019 ... Bütün Hüquqlar Qorunur! Yazıların mətninə görə müəlliflər, reklam materiallarının mətninə görə sifarişçilər məsuliyyət daşıyır!... Məlumatlardan istifadə zamanı AgahMedia.Com İnformasiya Portalına istinad vacibdir!...

*