Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Bakı “Forbes” dərgisinin biznes qurulması üçün ən cəlbedici şəhərlər listesinde yer aldı

Bakı “Forbes” dərgisinin biznes qurulması üçün ən cəlbedici şəhərlər listesinde yer aldı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, dünyanın nüfuzlu “Forbes” jurnalı ilk dəfə olaraq rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqini açıqlayıb. Bu reytinq siyahısında Azərbaycan paytaxtının da adı var.Məlumata görə, siyahı hazırlanarkən əhalinin ödəniş qabiliyyətli olması və vergi yükünün az olması nəzərə alınıb. Bundan başqa, reytinq cədvəli tərtib edilərkən viza rejiminin sadəliyi, rus dilinin statusu, şirkətlərin qeydiyyatının qeyri-rezident olması da nəzərə alınıb.
Reytinq siyahısına keçmiş SSRİ-nin 20 şəhəri daxil edilib. Bu reytinq cədvəlində ilk onluğa Minsk (Belarus), Tallin (Estoniya), Vilnüs (Litva), Almatı (Qazaxıstan), Astana (Qazaxıstan), Riqa (Latviya), Kiyev (Ukrayna), İrəvan (Ermənistan), Tbilisi (Gürcüstan) və Bakı (Azərbaycan) daxil edilib.

Sonrakı yerləri Xarkov (Ukrayna), Bişkek (Qırğızıstan), Odessa (Ukrayna), Donetsk (Ukrayna), Dnepropetrovsk (Ukrayna), Kişinyov (Moldova), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Aşqabad (Türkmənistan) və Moskva (Rusiya) daxil olub.

Jurnal yazır ki, ölkə üzrə ayrılan kreditlərin 90%-i orta əmək haqqı 754 ABŞ dolları olan Bakının payına düşür: “Bu şəhərdə cinayətlərin sayı da olduqca aşağıdır. Belə ki, 2013-cü ildə 1000 nəfərə 4,5 cinayət qeydə alınıb”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*